https://www.zirve.edu.az/
02.04.2020 16:14
Peşə məktəbinin könüllüləri tibbi  maska tikərək ehtiyacı olan sakinlərə pulsuz payladılar 
Çap et

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Peşə Tədris Mərkəzinin təşkilatçılığı ilə mərkəzin könüllüləri əhalinin ehtiyacını nəzərə alaraq pulsuz tibbi maskaların hazırlanmasına başlayıblar.

AzEdu.az xəbər verir ki, gün ərzində 250 tibbi maska tikilir və Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri tərəfindən ehtiyacı olan insanlara pulsuz paylanılır.

 

Peşə Tədris Mərkəzinin koronavirusla mübarizəyə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi Prezident İlham Əliyevin “Biz bir yerdə güclüyük” çağırışına cavab olmaqla, vətəndaşlarımızın həmrəyliyinin, milli birliyinin bariz nümunəsidir.

 

Qeyd edək ki, əhalinin ehtiyacı nəzərə alnaraq rayonda tibbi spirt istehsalına da başlanılıb. Bu məhsul qablaşdırılaraq pulsuz olaraq əhaliyə paylanılır.