https://www.zirve.edu.az/
29.03.2020 15:00
DİM sınaq imtahanlarını ödənişsiz edəcək?-AÇIQLAMA
Çap et

“DİM tətil müddəti ərzində ödənişsiz online sınaqlar təşkil edə bilər və bu abituriyentlərə böyük kömək olar”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib. O, ali məktəbə hazırlaşan şəxslər üçün DİM-ə təkliflər irəli sürüb.

 

 “Bildiyiniz kimi martın əvvəlindən aprelin sonuna kimi bütün təhsil müəssisələri bağlanıb. Bu müddət özəl müəssisələrə də şamil olunduğu üçün hazırda ən çətin vəziyyət abituriyentlərə aiddir. Kifayət qədər vaxt keçməsinə baxmayaraq, DİM-in məlumat verməməsi valideynlər və universitetə hazırlaşan şəxslər arasında narahatlıq yaradır. Ümid edirik ki, imtahanda mart ayına qədər keçirilən mövzulardan suallar düşəcək, ancaq tətil müddəti ərzində DİM bugünə kimi olan mövzulardan online sınaq keçirə bilər və hazırki karantin dövrünü nəzərə alsaq bu vəziyyət insanların maddi durumuna da təsirsiz otusmediyini görərik. Bunun üçün DIM tətil müddəti ərzində ən azindan ödənişsiz online sınaqlar təşkil edə bilər və bu abituriyentlərə böyük kömək olar”.

 

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın əmrinə əsasən ölkənin təhsil müəsssisələrində təlim prosesi aprelin 20-dək dayandırılıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları