Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-26 11:20:00
Məşhur həkimdən koronavirusdan qorunmaq üçün 8 VACİB TÖVSİYƏ

ABŞ-da yaşayan məşhur türk cərrahı Mehmet Öz yeni tip koronavirusla bağlı önəmli açıqlama verərək virusdan qorunmaq üçün 8 maddəlik tövsiyə ilə çıxış edib.

AzEdu.az-ın məlumatına görə, cərrah qeyd edib ki, bu virusdan qaçış yoxdur: "Bu virusdan heç bir xilas yolu yoxdur. Hamımız istisnasız tutulacağıq. Ancaq nə qədər sonra tutulsaq, o qədər yaxşıdır. Başqa sözlə, tam qorunma təmin etmir. Tam qorunma həmişə immunitetinizdir.".

Həkimin koronavirusdan qorunmaq üçün verdiyi 8 maddəli tövsiyə aşağıdakıdır:

  1. Özünüzü karantinə alın, ətrafdan təcrid edin. Virusa ən gec yoluxanlar ən şanslıları olacaq,
  2. Təmizliyə diqqət edin,
  3. Bol meyvə-tərəvəz yeyin,
  4. Sarımsaq, qatıq, kefir yeyin,
  5. Sağlamlığa xeyir olan qida əlavələri, vitaminlər qəbul edin.
  6. Hərəkət edin, idmanla məşğul olun,
  7. Siqareti tərgidin,
  8. Bol su için (publika.az)