Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-23 11:41:00
"Dəllalların satışa çıxaracaqları saxta peyvəndlərə etibar etməyin"- Əhaliyə çağırış 

“Ümumdünya Səhiyyə Təşkilatı (WHO) dünyanın 20 fərqli mərkəzdə Koronavirus peyvəndi üzərində çalışıldığını deyir. Ancaq peyvəndin son mərhələyə - insanların istifadəsi üçün hazır olmasına 18 ay vaxt lazımdır”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri jurnalist İbrahim Nəbioğlu qeyd edib.  O, vurğulayıb ki, saxta peyvəndlərə etibar etmək olmaz.

“WHO-dan Dr. Mike Ryan son açıqlamasında "Virusdan daha təhlükəli olan hazırlanan keyfiyyətsiz peyvəndlərdir" dedi. Bu baxımdan yaxında dəllalların satışa çıxaracaqları saxta peyvəndlərə etibar etməmək lazımdır.

Peyvəndlə bağlı, zənnimcə, ən kədərli xüsus bir çox böyük dövlətlərin anti-humanist yanaşmasıdır. Belə ki, bəzi ölkələr əldə edəcəkləri peyvəndləri ancaq öz vətəndaşlarına vuracaqlarını bəyan ediblər. Digərləri isə öz xalqını təmin etmədən başqalarına verməyəcəklərini (satmayacaqlar) deyirlər. Dr. Ryan bu yanaşmaları tənqid etsə də, ədalətli dağılım üçün hələ ki, əlverişli mexanizm yoxdur”.

İ. Nəbioğlu bildirib ki, virusdan yayınmaq üçün ən əlverişli üsul əhalinin öz əlindədir.

“Peyvənd tez çıxmır deyə ümidsizliyə qapılmaq da doğru deyil. Unutmamaq lazımdır ki, infeksiyanın yayılmasının bir pik nöqtəsi var ki, ondan sonra qaçılmaz bir sönmə prosesi başlayacaq. Sadəcə olaraq o nöqtəyə minimum itki və zərərlə gəlmək lazımdır. Bunun üçünsə hər şey bizim öz əlimizdədir - şəxsi gigiyena, sosial təcrid və panika ilə stressə qapılmadan hadisələri soyuqqanlı izləmək, bədənimizi gücdən salmamaq...”