https://www.zirve.edu.az/
17.03.2020 16:46
Artıq bu şəxslər də müəllim işləyə biləcəklər - YENİLİK
Çap et

 

 

 

 

 

“Xarici universitetlərdə təhsil alan şəxslər də orta məktəblərdə müəllim işləyə bilər”.

 

 

AzEdu.az xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə deyib.  O qeyd edib ki, namizdlər bunun üçün ilk növbədə diplomlarını təsdiqlətməlidirlər.

 

 

“Bunun üçün  namizəd xarici ölkənin verdiyi ali və ya orta təhsil haqqında sənədi müvafiq qaydada təsdiq etdirməlidir.  Bu zaman diplomun ekvalentliyi qəbul ediləcək ki, bizdə qarşılığı hansı ixtisasa bərabərdir. Bundan sonra qərar verilə bilər və onlar da adı qaydada işə qəbul müsabiqəsində iştirak edərək müəllim kimi fəaliyyət göstərə bilər”.

 

 

O, həmçinin pedaqoj təhsili olmayanların fəaliyyətini də diqqətə çatdırıb.

 

 

“Pedaqoji təhsili olmayan şəxslərin müəllim işləməsi məsələsinə gəldikdə isə bununla  bağlı “Pedaqoji fəaliyyətlə məşğul olma qaydaları” təsdiq olunmalıdır.  Həmin qaydalar təsdiq olunduqdan sonra onların daimi şəkildə müəllim işlənməsi nəzərdə tutula bilər”.

 

 

Qeyd edək ki, hazırkı qaydalara əsasən pedaqoji təhsili olmayanlar məktəblərdə yalnız müddətli müqavilə əsasında işləyə bilər. Onların daimiləşməsi mümkün deyil.