https://www.zirve.edu.az/
17.03.2020 14:18
MİQ-də toplanan balların 2 il qüvvədə qalması niyə ləğv edildi?-SƏBƏB
Çap et

 

 

 

“Müəllimlərin işə qəbul müsabiqəsində balların iki il qüvvədə qalmasının ləğv edilməsi yaranan ehtiyacdan irəli gəldi”.

 

 AzEdu.az xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə deyib.  O, vətəndaşların suallarını cavablayarkən  işə qəbul ballarının  qüvvədə qalmaması məsələsinə də aydınlıq gətirib:

 

“Sertifikasiyanın keçirilməsi ilə bağlı mövcud qanunvericilikdə- Təhsil haqqında Qanun, Əmək Məcəlləsində  dəyişiklik edildi.  Nəzərdə tutuldu ki, sertifikasiyanın imtahan mərhələsində məntiq sualları olmamalı, yalnız ixtisas və metodikanı əhatə etməlidir.

 

 

Sertifikasiyanın işə qəbul imtahanına bərabər tutulduğunu nəzərə alaraq MİQ müsabiqəsinin formatı da buna uyğunlaşdırıldı. Bu ehtiyacdan da irəli gələrək işə qəbul imtahanından məntiq sualları çıxarıldı. Məntiq çıxarılıdığı üçün  bu il imtahan verənlər  ötən il imtahanda iştirak edənlərlə ayrı-ayrı formatda  imtahana cəlb olunmuş hesab olunurlar.  Belə olduğu təqdirdə balların iki il qüvvədə qalması artıq öz məntiqini itirirdi”.

 

 

Qeyd edək ki, MİQ müsabiqəsinin balları yalnız bir il müddətində qüvvədə qalır, birinci mərhələdə uğur qazanmayan namizədlərə tədris ili boyunca coğrafi prinsip nəzərə alınaraq vakant yerlər təklif olunacaq.