Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-17 13:53:00
Məktəblərdə hələ də vakant yerlər gizlədilir – Murad Camalzadədən müraciət

 

 

“Ötən illərdə bir çox sahələrdə olduğu kimi vakant yerlərin aşkara çıxarılması və elan edilməsində də müsbət nailiyyətlər əldə edilib. Mən iddia etmirəm ki, vakant yerlərin müyyən edilməsi ilə bağlı 100 faizlik nəticə əldə etmişik.   Vətəndaş müraciətləri də göstərir ki,  bu məsələdə hələ də çətinliklər nöqsanlar var”. 

 

AzEdu.az xəbər verir ki, bu fikirləri İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə deyib. O, vakant yerlərin gizlədilməsi məsələsini də vurğulayıb:

 

 

“Tədris ili ərzində bizə daxil olan müraciətlər əsasında araşdırmalar aparılır və müəyyən sayda vakant yerlərin həqiqətən də gizlədildiyi faktı aşkarlanır.  Həmin yerlər MİQ müsabiqəsində keçid balını toplamış, işlə təmin olunmayan namizədlərə təklif edilir.

 

 

Tədris ili başa çatdıqda hansı rayonda, hansı fənn üzrə, nə qədər vakant yerlərin gizlədilməsi araşdırılır, təhlili aparılır və müvafiq tədbirlər də görülür. Amma çox yaxşı olardı ki, yerli təhsil orqanları  bu prosesə bir qədər həssas , obyektiv yanaşsınlar, ədalətli qərar versinlər”.

 

M.Camalzadə qeyd edib ki, bu prosesin tam şəkildə elektronlaşdırılması şəffaflığı təmin edə bilər:

 

“Vakant yerlərin tam şəkildə araşdırılması məsələsi necə mümkün olar? Çox yaxşı olardı ki, biz bu məsələyə nisbi yanaşaq. Yəni ötən illərlə müqayisəli təhlil aparaq ki, bu məsələ müsbətə, yoxsa mənfiyə doğru dəyişib. İstənilən halda- vakant yerlərin sayı, təklif olunması və s.  yaxşıya doğru dəyişib.

 

Həll  yollarından biri bu prosesin tam şəkildə elektronlaşdırılmasıdır ki, bunun da üzərində iş gedir.  Burada risk odur ki, bəzən  fərdi hallar, müəssisənin  özünün mövcud  şəraitinə  və s.  proqram təminatı tərəfindən nəzərə almaq mümkün olmur. İstənilən halda insan müdaxilələri olmalıdır.

 

Ötən illərdə vakant yerlərin formalaşdırılmasına dair  Rayon Təhsil şöbələrinə və ərazi maliyyə - hesablamalar dairəsinə rəsmi sənəd göndərildi.  Bu sənəd müəllimlərin dərs yükünün və vakansiyaların nizam-intizamlı formalaşmasına təsir etməli idi. Bu təlimatın göndərilməsi  həm rayon təhsil şöbələrinin fəaliyyətinin passivləşməsinin qarşısını almaq, həm də məktəblərin say çoxluğu nəzərə alaraq bunu yerli qurumlara həvalə etməkdən ibarət idi”.

 

Qeyd edək ki, İRM rəhbəri həmçinin vətəndaşlara müraciət edərək gizlədilmiş vakant yerlər barədə məlumat verməyə çağırıb.