Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-07 00:03:00
Müddətsiz müqavilə ilə müəllim işləmək istəyənlər üçün elektron qeydiyyat başa çatıb

Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması üzrə elektron sənədlərin qeydiyyatı başa çatıb.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, martın 2-də start verilən qeydiyyat prosesi bu gün  saat 23:59-da yekunlaşıb. Artıq 2800-dən çox namizəd http://www.miq.edu.az/muqavile/ saytı vasitəsilə elektron qeydiyyatdan keçib.

Qeydiyyat başa çatdıqdan sonra elektron ərizələrin yoxlanılması həyata keçiriləcək və nəticələr namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər  üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə  işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.