Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-06 17:44:00
Valideynlərə virus xəbərdarlığı – “Övladlarınız təşvişdədir, ehtiyatlı olun”

“Əslində, hər şey ailədən başlayır, valideynlər müəyyən təşviq keçirirlər. Müasir dövrü zəbt eləyən koronavirus təşviqinə valideyn necə reaksiya verirsə, uşaq psixologiyası da bunu o cür qəbul edir. Əgər bu müzakirə uşaqların yanında aparılırsa, uşaq da bu virusun mahiyyətini dərk etmədən, bunu qorxulu bir şey kimi qəbul edir. Onlar hiss edirlər ki, dünya bu virusun qarşısında acizdir. Kütləvi informasiya vasitələri daha statistik məlumatlar işıqlandırır”.

 

Bunu AzEdu.az-a açıqlamasında psixoloq Nuriyyə Əlizadə qeyd edib.

 

 O bildirib ki, valideynlər  maarifləndirmə tədbirlərinə uşaqların yanında baxmasalar daha yaxşı olardı, çünki bu proses azyaşlılara çox təsir edir:

 

“Məsləhət olunur ki, maskadan, spirtdən yararlanıb, gigiyenik qaydalara əməl etsinlər.  Əlbəttə,  bu psixologiya ilə məktəbə gedən uşaq dərsdə fikrini toplaya bilməyəcək. Nazirlər Kabinetinin qərarına əsasən dərslərin dayandırılması çox yaxşı fikir idi.  Çünki bu hal həm dərslərinə, həm də şəxsiyyətlərarası münasibətlərinə təsir edirdi. Dostları, tanışları ilə təmasda olarkən, gigiyenik qaydalara əməl etmələri tövsiyə olunurdu.

 

Dünənə qədər, eyni parta arxasında oturan, bir - birinə toxunaraq görüşən uşaqlar artıq bir çərçivə yaradırlar.

 

Bizə müraciət edən uşaqlar da gərginlik içərisində olurlar. Misal üçün, bu gün 10 yaşlı uşaqla seans ərzində söhbət edərkən, məlum oldu ki , evdə valideynləri televiziya baxarkən görüb, orada deyilib ki , virus var , ehtiyatlı olun. Əksəriyyət valideyn bunun mahiyyətinə çox da fikir vermir”.

 

Son olaraq onu qeyd edib ki,  əslində dezinfeksiya işlərinin aparılması, tədbirlərin mükəmməl şəkildə görülməsi, adaptasiyanı bir addım sürətləndirir. İstər Təhsil Nazirliyi olsun,  istərsə də uşaqlar arasında maarifləndirmənin aparılması bir növ müsbət hal kimi qiymətləndirilməlidir. Amma adaptasıyanı sürətləndirən valideynlərin bu məsələ də təmkinli olmasıdır. Uşaq da hər hansı bir narahatçılıq hiss etdikdə , bunu   müəllimlər valideynlərinə xəbərdarlıq edib bildirsinlər.

 

Rəviyyə CƏFƏRZADƏ