Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-04 14:53:00
Bakıda məktəbəqədər təhsil müəssisələri dezinfeksiya edilib 

Paytaxtda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılılır.

 AzEdu.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyəti Məbuat Xidmətindən bildirilib ki, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bakı şəhərində bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə paytaxtdakı yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan məktəbəqədər təhsil müəssisələrində və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

Mətbuat xidmətindən həmçinin, hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi vurğulanıb.