Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-29 14:17:00
“Tələbələrə təqaüd verilmir, ancaq bank hesabında pul tələb olunur” – Ekspertdən AÇIQLAMA

Azərbaycanda son illərdə xaricdə oxumağa maraq sürətlə artıb. Gənclərimiz müxtəlif təqaüd proqramlarına müraciət edərək təhsillərini xaricdə davam etdirirlər.

Bəs, maraqlıdır, görəsən, son zamanlarda azərbaycanlı tələbələrin hansı təqaüd proqramlarına inamı azalıb?

Xaricdə təhsil məsələləri üzrə mütəxəssis Həsən Əliyev AzEdu.az-ın sualını bu cür cavablandırıb: 

Tələbələrin ən çox inamının azaldığı təqaüd proqramı İtaliya universitetlərində təhsil almaq üçün elan olunan proqramlardır. Bu proqram çərçivəsində tələbələrə təqaüd verilmir, ancaq bank hesabında pul tələb olunur və təqaüd semestrın sonunda ödənilir, yəni tələbələr  xaricdəki təhsillərinə başlayan kimi təqaüdlə təmin olunmurlar. Bu, isə müəyyən narazılıqla qarşılanır. Ona görə də tələbələrin İtaliya təqaüd proqramlarına inamı azalıb.

Ekspert qeyd edib ki, son vaxtlar tələbələrin ümidsiz yanaşdığı digər təqaüd proqramı isə “Türkiyə bursları”dır:

“Çünki bursu qazanan tələbələr göstəricilərinə görə deyil, təsadüf nəticəsində seçilir. Məsələn, yüksək göstəricisi olan tələbə seçilmir, ancaq nəticələri yetərli olmayan tələbələr bursu qazana bilir. Məhz bu səbəbdən Türkiyə burslarına da inam azalıb".