Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-25 12:32:00
Məktəb və  universitetləri koronovirusa görə bağlanan ölkələr -SİYAHI

 

 İlk dəfə Çinin Uhan şəhərində baş qaldıran koronavirus artıq beynəlxalq gündəlikdə olan məsələdir. Bu günə qədər dünyanın 30-dan çox ölkəsinə yayılan koronavirusla əlaqədar bir çox dövlətlərdə lazımi tədbirlər görülür.

Virusun yayılmasının qarşısını almaq məqsədi ilə bəzi ölkələrdə məktəb və universitetlərdə tətil elan edilib.

AzEdu.az məktəb və ali təhsil müəssisələrinin tətil elan edildiyi həmin ölkələri təqdim edir: 

Koronavirusun vətəni hesab olunan Çinin bəzi bölgələrində artıq məktəblərdə uzun müddətdir ki, dərslər ləğv edilib.

Şagirdlərin yenidən məktəblərdə parta arxasında oturacağı tarix isə, hələ ki, dəqiq bilinmir. Ancaq bu ölkədə tədris prosesi dayandırılmayıb – milyonlarla çinli məktəbli internet üzərindən biliklərə yiyələnir. Müəllimlərlə məktəblilər arasında dialoq onlayn şəkildə qurulub.

Honqkonqda da məktəblərdə dərslər dayandırılıb. Honqkonq lideri Karri Lam koronavirus səbəbi ilə məktəblərdə martın 2-nə kimi tətil olunduğunu elan edib.

İtaliyanın Veneto əyalətində bütün məktəblər koronavirus təhlükəsi ilə əlaqədar qapadılıb. Venetoda məktəblər martın 1-nə kimi bağlı saxlanılacaq. Universitetlərdə də dərslər ləğv olunub. Lombardiya bölgəsində ölkə rəhbərliyi epidemiyanın qarşısını almaq məqsədi ilə məktəblərin bağlanması ilə bağlı təlimat verib.

Koronavirusdan ölüm hallarının qeydə alındığı qonşu İranda tədbirlər daha da genişləndirilib. İran hökuməti ölkədə 43 nəfərin yoluxduğu və 8 nəfərin ölümünə səbəb olan koronavirusdan dolayı Həmədan, Zəncan, Elbrus, Mazandaran, Gülüstan, Qəzvin, Gilan, Ərdəbil, Tehran, Kirman, Qum, Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərində məktəb və universitetlərdə tətil elan edib.

Fransada virus təşvişi ölkəni öz əhatəsinə alıb. Fransanın Haute-Savoie bölgəsində 9 yaşındakı uşağın virusa yoluxmasından sonra Səhiyyə Nazirliyi tərəfindən bu bölgədə 3 məktəbdə dərslər ləğv edilib.

ABŞ-da böyük limanlarda səyahət etmiş tələbələrə isə 2 həftə ərzində universitetlərə gəlmək qadağan edilib,  onlara dərslər online şəkildə tədris olunur. Bu ölkədə çinli tələbə və şagirdlərin ölkəyə girişini məhdudlaşdırmaq məqsədi ilə tələbə mübadilə proqramları ləğv edilib.

Qeyd edək ki, ölümcül koronavirusa yoluxanların sayı 79729 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 2627-yə çatıb.