Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-22 15:35:00
Gürcüstanda yaşayan soydaşlarımız üçün toplanan dərsliklərin təqdimatı keçirilib

AzEdu.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyində YAP könüllüləri tərəfindən Gürcüstanda yaşayan soydaşlarımız üçün toplanan dərsliklərin təqdimatı keçirilib.

Tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP üzvləri, könüllülər, ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, bu tədbir Prezident İlham Əliyevin elan etdiyi "Könüllülər ili" çərçivəsində keçirilir. S. Orucov qeyd edib ki, YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin sədr əvəzi Misirxan Həsənov təşəbbüsü ilə 500 adda 2 min kitab toplanıb: “ Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı 800 kitab ilkin mərhələdə Gürcüstanda azərbaycanlıların təhsil aldığı 64 saylı məktəbə təqdim ediləcək. Bu, yetərli deyil və bu istiqamətdə təşəbbüslərimiz davam edəcək, kitablar toplanmağa davam edəcək . Dünyanın harası da yaşaması dan asılı olmayaraq azərbaycanlı gənclər tariximiz mədəniyyətimiz və incəsənətimiz barədə məlumatlı olmalıdır. Rusiya, Avropada və digər ölkələrdə yaşayan gənclərimizin də Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı maariflənməsi istiqamətdə çalışacağıq". Daha sonra çıxış edən M. Həsənov isə deyib, kitablar hər bir xalqın tarixini, mədəniyyətini, incəsənətini əks etdirir: "Bu səbəbdən də YAP Gənclər Birliyi və "Azərkitab"-ın təşkilatçılığı ilə bu aksiya həyata keçirilib, ziyalılarımız bu kitabların toplanmasında bizə aktiv dəstək veriblər. Artıq sabah kitabların bir hissəsi Gürcüstana aparılacaq". Tədbir YAP Gənclər Birliyinin üzvlərinin çıxışları ilə davam edib.