Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-17 12:28:00
Müəllim və namizədlər üçün bu rayonlarda vakansiyalar elan edildi-SİYAHI-TƏLƏSİN

 

TİPİİ-nin İnsan Resursları Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində yaranan vakant yerlərə imtahan nəticəsi və coğrafi bölgü prinsipi əsasında namizədlərin əlavə yerləşdirilməsi davam edir.

İnsan Resursları Mərkəzi yenidən müəllimlər üçün bir sıra vakant yerlərə müraciət elan edib.

Müraciətdə  Gədəbəy, Şamaxı, Bərdə, Beyləqan, Zərdab, Füzuli, Ağdam məktəblərindəki vakansiyalar qeyd olunub. Vaknsiyalar Fizika, Azərbaycan dili və Ədəbiyyatı, Kimya, Riyaziyyat, İngilis dili fənləri üzrədir.

Vakant yerlərlə bağlı 2018 və 2019-cu illərdə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində müvafiq bölmə və fənn üzrə imtahan nəticəsi olan namizədlər müraciət edə bilərlər. Namizədlər müraciətlərini qısa şəkildə, ad, soyad, ata adı, imtahan nəticəsi, seçmək istədiyi vakant yer qeyd olunmaqla İnsan Resursları Mərkəzinin feysbuk hesabındakı rəylər bölməsində qeyd edə bilərlər.

Vakansiyalara müraciət müddəti bir gün təyin edilib.

AzEdu.az həmin vakansiyaları təfsilatı ilə təqdim edir:

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları