Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-13 14:47:00
Dövlət qulluğu üzrə keçirilən müsahibədə 200 namizəd uğur qazanıb

Ümumilikdə 19 dövlət orqanında 495 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il sentyabrın 17-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

AzEdu.az DİM-in fevralın 13-ü saat 14:40-a olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 200 nəfər uğur qazanıb. Onlardan 114-ü Qida Təhlükəsizliyi Agentliyində, 26-sı Təhsil Nazirliyində, 19-u Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 18-i Maliyyə Nazirliyində, 17-si Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, 3-ü Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində, 1-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 1-i Milli Televiziya və Radio Şurasında, 1 nəfər isə Masallı Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 3708 nəfər sənəd verib. Müsahibə mayın 4-də başa çatacaq.