Magistraturaya ərizə qəbulu bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az -a verilən xəbərə görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.
Qeyd edək ki, 13 fevral saat 10.45-ə olan məlumata əsasən, 13955 bakalavr (Azərbaycan bölməsi - 12824; rus bölməsi - 1131)ərizəsini təsdiq edib. Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 900 nəfər), eləcə də digər bakalavrlar bu gün saat 23.59-dək elektron ərizələrini təsdiq edə bilərlər. İmtahanda yalnız elektron ərizəsini təsdiq edən bakalavrlar iştirak edirlər.