
"Bu ildən etibarən magistratura səviyyəsinə qəbulun birmərhələli şəkildə aparılması sənəd verənlərin sayına hər hansı təsir etməyəcək".
AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi Əminağa Sadıqov deyib.
Onun sözlərinə görə, əksinə, indi məzun və universitetlərin üzərinə daha ciddi məsuliyyət düşür: "Əgər biz təhsilin müəyyən pilləsinə qəbulu sadələşdiririksə, bu heç də o anlama gəlməməlidir ki, ancaq sevinməliyik. İlkin təhsil pilləsi öz vəzifələrini yerinə yetirsə, magistrlər sonrakı pillədə əziyyət çəkməzlər".
O qeyd edib ki, təhsilin pillələrində qazanılan biliklər sonradan praktikada lazım olur: "Ona görə də gənclər imtahan xatirinə bilik əldə etməli deyillər. Təhsilin hər bir səviyyəsi üzrə tələb olunan bilikləri əldə etməlidir". (report.az)
kitabı







