Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-11 17:05:00
Balakəndə kənd məktəbi üçün yeni bina tikilir

Balakən rayonunun Gərəkli kəndində tam orta məktəb üçün 264 şagird yerlik yeni binanın tikintisinə başlanılıb. Təhsil Nazirliyinin sifarişi ilə inşa edilən yeni məktəb binasının bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

AzEdu.az xəbər verir ki, məktəbin əvvəlki binası uzun illər istismarda olduğundan son vaxtlar qəzalı vəziyyətə düşmüşdü. Şagirdlər hazırda məktəbin əlavə tədris korpusunda dərs keçirlər. Müasir standartlara uyğun inşa edilən yeni məktəb binası üçmərtəbəlidir. Hazırda məktəbin tikintisində bünövrənin qazılması və betonlanması işləri görülür.

Ümumiyyətlə, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə son illər Balakən rayonunda davamlı tədbirlər həyata keçirilir. Belə ki, ötən dövrdə rayonda 32 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 məktəb əsaslı təmir olunub. Bundan əlavə, kəndlərdə 2 modul tipli məktəb binası da quraşdırılıb.