Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-08 17:18:00
Narkomaniyadan uzaq durmaq çağırışı

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, Peşə Təhsil Mərkəzinin direktoru Namiq Muradov narkomaniyanın zərərlərindən danışıb, gəncləri bu bəladan uzaq durmağa çağırıb. 

Narkomaniyanın beynəlxalq ictimaiyyəti ən çox narahat edən məsələlərdən biri olduğunu deyən Qəbələ Uşaq və Ailələrə dəstək Mərkəzinin müdiri Günel Ağayeva bildirib ki, bu dəhşətli xəstəliyin nəticələri qlobal fəlakətə gətirib çıxara bilir.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşı Azər Hüseynov ötən yüzilliyin bəlalarından sayılan narkomaniyanın XXI əsrdə də aktual olduğunu təəssüflə qeyd edib.

Tədbirdə narkomaniyadan bəhs edən videoçarx nümayiş etdirilib və tələbələrin sualları cavblandırılıb. (Azərbaycan müəllimi)