Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-06 17:10:00
“Şəhidlər unudulmur” layihəsi Beyləqan məktəbində

AzEdu.az xəbər verir ki, Beyləqan şəhər 2 nömrəli tam orta məktəbdə  “Şəhidlər unudulmur” layihəsi çərçivəsində tədbir keçirilib. Azərbaycan Müdafiə Nazirliyinin layihəsi ilə reallaşan tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, 2016-cı il Aprel döyüşlərinin iştirakçıları, müəllim və şagirdlər iştirak edib.

  Azərbaycan Ordusunun zabiti, kapitan Anar Kazımov  əsgərlərimizin döyüş meydanında göstərdikləri  qəhrəmanlıqlardan söz açıb. Bildirib ki, “Şəhidlər unudulmur” layihəsinin də məqsədi torpaqlarımız uğrunda həlak olanların   xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərlik və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsidir.

 Layihə çərçivəsində orta ümumtəhsil məktəblərinin nümunəvi  siniflərinə şəhidlərin adı verilir və bu sıradan  Beyləqan  2 nömrəli tam orta məktəbin 7A sinfinə şəhid Tural Əhlimanlının adı verilib.  Sinifdə şəhidin guşəsi də yaradılıb.

 Tədbir məktəblilərin şəhidlərə həsr olunan kompozisiyası ilə yekunlaşıb.

 (Azərbaycan müəllimi. Sifai SƏFƏROVA)