![](https://azedu.az/uploads/news/2020/02/azedu.az_scholar4_805.jpg)
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Koreya universitetlərində 5 (beş) fərqli sahə üzrə əyani magistr proqramlarını açıq elan edir.
AzEdu.az xəbər verir ki, təqaüd proqramı Koreyada təhsil almaq istəyən, dövlət sektorunda çalışan dövlət rəsmiləri və qulluqçuları üçün nəzərdə tutulub.
KOICA təqaüd proqramları üzrə magistr təhsili almaq istəyənlər Handonq Qlobal Universitetində elektrik mühəndisliyi və İKT-yə əsaslanan texnosahibkarlıq peşəkarlığı, Koreya İnkişaf İnstitutunda iqtisadi inkişafın tənzimlənməsi, Koreya Milli Təhsil Universitetində qlobal təhsil liderliyi, “Hallym” Universitetində iqlim dəyişikliyinə cavab, Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda sosial iqtisadiyyat üzrə magistr proqramını seçə bilərlər.
Proqramın tələblərinə uyğun gələn şəxslər martın 6-dək müraciət edə bilərlər. Ərizələrlə bağlı hər hansı bir sual yaranarsa, iş günləri 09:00-dan 18:00-dək KOICA Azərbaycan nümayəndəliyinə (telefon (+994 12 499 72 14) müraciət etmək olar.
Xatırladaq ki, daha 16 (on altı) əyani magistr proqramı 2020-ci il fevralın ortasında elan ediləcək.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)