Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-04 15:40:00
“AgroHackathon 2020” müsabiqəsinə qeydiyyat başlanılıb

AzEdu.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Eazi Start” Startap və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “AgroHackathon 2020” müsabiqəsinə start verilir.
Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində keçirilməsi nəzərdə tutulan yarışa qatılmaq istəyən komandalar 1 fevral 2020-ci il tarixindən aşağıdakı keçiddən qeydiyyatdan keçməlidirlər.
https://docs.google.com/…/1FAIpQLScBowsXKvMik5LNka…/viewform
“Uzun il, qısa vaxt” şüarı ilə 29 fevral – 2 mart 2020-ci il tarixlərində keçiriləcək yarışmada komandalar 2020 dəqiqə müddətində verilən texniki tapşırıq əsasında işləyərək öz güclərini sınayacaqlar. “AgroHackathon 2020” müsabiqəsi üzrə I, II və III yerləri tutan komandalar pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Yarış zamanı Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun ərazisində həm komandalar, həm də onların azarkeşləri üçün xüsusi yerlər ayrılacaq, ekoloji təmiz qida və şirələrlə təmin olunacaqlar.
“AgroHackathon 2020” yarışması ilə bağlı daha ətraflı məlumatlar yaxın günlərdə təqdim ediləcəkdir. Müsabiqə ilə bağlı bir sıra aparıcı ali təhsil müəssisələrində görüşlərin keçirilməsi nəzərdə tutulur.