Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-03 17:00:00
Məktəblərdə siniflər üzrə dərs yükü nə qədərdir?-Hazırki durum

 

Orta ümumtəhsil müəssisələrində dərs yükünün  ağırlığı və şagirdlərin bundan əziyyət çəkməsi uzun müddətdir ki, müzakirə olunan məsələlərdəndir.

Tədris planına müəyyən fənlərin əlavə olunmasını, hətta bəzilərinin çıxarılmasını təklif edənlər də az deyil.

Hazırda orta ümumtəhsil müəssisələrində siniflər üzrə dərs yükü nə qədərdir?

AzEdu.az xəbər verir ki, şagirdlərin dərs yükü 2019-2020-ci dərs ili üzrə tədris planına dair qeydlərdə əks olunub.

Sənədə əsasən, dərs yükü orta məktəblərin I siniflərində 22, II siniflərində 23, III – IV siniflərdə 25, V siniflərdə 26, VI siniflərdə 30, VII siniflərdə 32 saatdır.  VIII-IX sinif şagirdləri 34, X-XI sinif şagirdləri isə 35 saat dərs dinləməli olurlar.

VIII-XI siniflərdə bu dərslərin 2 saatı dərsdənkənar məşğələlərə həsr olunur.

Qeyd edək ki, Rus bölməsində isə dərs yükü Azərbaycan bölməsi ilə müqayisədə çoxluq təşkil edir. Məsələn, XI sinifdə Azərbaycan bölməsində təhsil alan şagird 35 saat, Rus bölməsində oxuyan məktəbli isə 37 saat dərs yükü ilə öyrənməli olur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları