Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-02 17:51:00
Dərsdənkənar məşğələlər üçün neçə saat dərs ayrılmalıdır? - Cavab

AzEdu.az mütəmadi olaraq şagird, müəllim və valideynləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlamaqda davam edir.

Müəllim, direktor və vaideynləri maraqlandıran məsələlərdən biri də dərsdənkənar məşğələlər üçün neçə saatın ayrılması ilə bağlıdır.

AzEdu.az məlumat verir ki, bu barədə məsələlər 2019-2020-ci tədris ilinin tədris planına dair qeydlərində əks olunub. Sənədə əsasən, orta ümumtəhsil müəssisələrinin I – VII siniflərində dərsdənkənar mə.ğələlər üçün 1, VIII – XI siniflərindəisə 2 saat dərs yükü ayrılıb.

Şagirdlərin XI sinifdə ümumi fənlər üzrə dərs yükü Azərbaycan bölməsində 35, Rus bölməsində isə 37 saat təşkil edir.

Qeyd edək ki, dərsdənkənar məşğələ qrupları və dərnəklər şagirdlərin sayı 8 nəfərdən az olmamaqla komplektləşdirilir. Hər hansı sinifdə şagirdlərinin sayı dərsdənkənar məşğələ qrupu təşkil etmək üçün müəyyən edilmiş normadan az olduqda şagirdlərin meyil və marağı nəzərə alınmaqla həmin dərsdənkənar məşğələ qrupuna yaxın siniflərin (məsələn, V-VI, VI-VII, VII-VIII və s.) şagirdlərinin cəlbinə icazə verilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları