Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-31 11:05:00
Orta məktəbdə keçirilən xarici dil sonradan dəyişdirilə bilər? - Aktual

AzEdu.az-a çox ünvanlanan suallardan biri də orta ümumtəhsil müəssisələrində tədris olunan xarici dil dərsləri ilə bağlıdır.

Sual:

Orta məktəbdə tədris olunan xarici dil sonradan dəyişdirilə bilər?

Cavab:

AzEdu.az məlumat verir ki, bu barədə məsələlər 2019-2020-ci ilin Tədris planına dair qeydlərində əks olunub. Qeudlərə əsasən, xarici dil uyğun olaraq I və V siniflərdən tədris olunur. I və V siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol verilmir.

Ən yaxşı halda tədris olunan xarici dil əsas kimi saxlanılmaqla, əlavə, ikinci əcnəbi dil tədris oluna bilər. Təbii ki, bu zaman iki fənnin dərs saatları arasında fəq olur. Əsas xarici dilin tədrisinə daha çox saat verilir. Amma istəilən halda bir əcnəbi dilin tədrisinin dayandırılması və başqa birinin tədrisinə başlanması yolverilməzdir.

İkinci xarici dilin tədrisini təmin etmək məqsədilə əməkhaqqı mövcud qaydada ödənilməklə digər təhsil müəssisələrindən müəllim dəvət oluna bilər.

Əsas xarici dil tədris olunan, lakin ikinci xarici dil tədris edilməyən məktəblərdə ikinci xaricə dilə ayrılan saat  əsas xarici dilin öyrənilməsinə verilir.

Qeyd edək ki, müvafiq pedaqoji kadr potensialı və tədris bazası olduğu halda, ikinci xarici dilin tədrisindən imtina yolverilməzdir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları