Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-30 13:25:00
2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri AMEA-da

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kimya-texnologiya dərnəyinin şagirdləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ)  ekskursiya  ediblər.

AzEdu.az xəbər verir ki, institutun direktoru, akademik Vaqif Abbasov  şagirdlərə elm və təhsilin vəhdətindən, NKPİ-nin fəaliyyətindən, burada aparılan elmi-tədqiqat işlərindən, kimya elmində baş verən  yeniliklər barədə danışıb. Akademik məktəblilərə  dəyərli tövsiyələr verib, bildirib ki,  elm və təhsilin inteqrasiyası yüksəkixtisaslı kadrların yetişməsinə imkan yaradır.

Şagirdlər akademik Yusif Məmmədəliyevin memorial muzeyi ilə də tanış olub. Muzeyin direktoru Reyhan Əliyeva alimin həyatı və elmi fəaliyyətindən məktəblilələrə geniş  bəhs edib.

Sifai SƏFƏROVA (Azərbaycan müəllimi)