Azedu.az

AzTU ilə Türkiyənin Kütahya Dumlupınar Universiteti arasında memorandum imzalandı

28 Yanvar 2020, 14:49
AzTU ilə Türkiyənin Kütahya Dumlupınar Universiteti arasında memorandum imzalandı

Türkiyənin Kütahya Dumlupınar Universitetinin Beynəlxalq Əlaqələr ofisinin əməkdaşları Elif Körpe və Berrin Demir Azərbaycan Texniki Universitetində (AzTU) olublar.

AzEdu.az -ın məlumatına görə,qonaqlar universitetin rektoru Vilayət Vəliyevlə görüşüblər.

Görüşdə AzTU ilə ERASMUS+ layihəsi və Mövlanə Mübadilə Proqramı çərçivəsində  əməkdaşlıq, həmçinin ikili diplom proqramlarının tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb. 

Sonda hər iki universitet arasında anlaşma memorandumu və Mövlanə Mübadilə Proqramı çərçivəsində əməkdaşlıqla bağlı müqavilə imzalanıb.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox