Azedu.az

“Elmi kadrlar” Milli İnformasiya Sisteminin təqdimatı olub

28 Yanvar 2020, 15:26
“Elmi kadrlar” Milli İnformasiya Sisteminin təqdimatı olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda yanvarın 28-də “Elmi kadrlar” Milli İnformasiya Sisteminin təqdimatı və elmi müəssisələrin vəzifələri ilə bağlı təlim seminar keçirilib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının elmi işlər üzrə direktor müavinləri, elmi katibləri və kadrlar şöbələrinin müdirləri iştirak ediblər.

Xatırladaq ki, “Elmi kadrlar” Milli İnformasiya Sistemi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli Sərəncamına əsasən yaradılıb

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox