![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_modern.az_teyyare_1_237_799.jpg)
Türkiyədə zəlzələ zonasından Naxçıvana təxliyə edilən azərbaycanlı tələbələr Naxçıvandan təyyarə ilə Bakıya yola salınıb.
AzEdu.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. O qeyd edib ki, təyyarə ilə, ümumilikdə, 102 tələbə Bakıya yola salınıb.
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə tələbələrin yaxın saatlarda Bakıya eniş edəcəklərini bildirib:
“Hazırda Təhsil Nazirliyinin rəsmiləri, psixoloqlar, tələbə-könüllülər, çoxsaylı media nümayəndələri Bakı Hava Limanındadırlar. Təhsil Nazirliyinin ayırdığı avtobuslar tələbələri hava limanından mənzil başına çatdıracaq”.
Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi ilə bağlı tapşırıq verib.
Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla 20.55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.
Zəlzələ nəticəsində ölənlərin sayı 35-ə çatıb, tibbi yardım üçün 1607 nəfər müraciət edib. Xəstəxanalarda hazırda 104 yaralı var, onlardan 32-nin vəziyyəti ağırdır.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)