Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-24 17:16:00
Nazir müavini Firudin Qurbanov Biləsuvarda vətəndaşları qəbul edib

Yanvarın 24-də Təhsil nazirinin müavini Firudin Qurbanov Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində Neftçala və Biləsuvar rayon sakinlərini qəbul edib.

AzEdu.az xəbər verir ki, qəbuldan əvvəl Təhsil nazirinin müavini Firudin Qurbanov və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Qəbulda sözügedən bölgələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazir müavini vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.

Qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, müəllimlərin yerdəyişməsi, dərs saatlarının artırılması, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.