https://www.zirve.edu.az/
24.01.2020 15:13
AzTU-da yeni şöbə müdiri təyin edildi

Azərbaycan Texniki Universitetində (AzTU) yeni təyinat olub.

 Universitetin mətbuat xidmətindən  AzEdu.az-a  verilən məlumata görə, texnika elmləri namizədi, dosent Malik Qarayev magistratura və doktorantura şöbəsinə müdir təyin olunub.

Qeyd edək ki, Malik Qarayev 1990-cı ildə Azərbaycan Texniki Universitetini (keçmiş Azərbaycan Politexnik İnstitutunu) fərqlənmə diplomu ilə bitirib. O, yeni təyinata qədər Fövqəladə Hallar Nazirliyi Akademiyasının Tədris şöbəsinin rəisi vəzifəsində çalışıb. Əmək fəaliyyətini AzTU-nun “Maşınqayırma texnologiyası” kafedrasının dosenti vəzifəsində davam etdirib. Qeyd edək ki, şöbənin bundan əvvəlki müdiri Elçin Rzayev universitetdə keçirilən dekan seçkisində iştirak edərək “Xüsusi texnika və texnologiya” fakültəsinin dekanı seçilib. O vaxtdan magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsi vakant olub.