Azedu.az

Magistratura və doktoranturaya qəbul olmaq istəyənlərin nəzərinə! -Vaxt açıqlandı

20 Yanvar 2020, 14:37
Magistratura və doktoranturaya qəbul olmaq istəyənlərin nəzərinə! -Vaxt açıqlandı
 
Bu ilin ilk 3 ayı ərzində magistratura və doktoranturaya qəbul imtahanlarının, eləcə də sınaq imtahanlarının vaxtı açıqlanıb.
 
AzEdu.az xəbər verir ki, yanvarın 26-da doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə imtahan keçiriləcək. Fevralın 2-də isə magistraturaya qəbul olmaq istəyənlər kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı verəcəklər.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının fevralın 23-də keçirilməsi nəzərdə tutulur.
ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox