Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-18 10:50:00
Xalq rəssamı müəllim və şagirdlərin qonağı olub

Abşeron  rayon Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbində Xalq rəssamı Arif Hüseynovla görüş keçirilib. Görüşdə məktəb rəhbərliyi, müəllimlər və məktəbin rəsm dərnəyinin şagirdləri iştirak ediblər. Əvvəlcə Xalq rəssamı şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olub.

Məktəbin direktoru Çinarə Atayeva Arif Hüseynovun həyat və yaradıcılığı barədə məlumat verib. Qeyd olunub ki, Arif Hüseynovun maraq dairəsi çox genişdir. O, uğurla həm klassik, həm də çağdaş ədəbiyyat nümunələrinə illüstrasiyalar çəkir. Ədəbi qəhrəmanları asanlıqla təxəyyülündə canlandıra, ifadəli cizgilərlə onlara obrazlı görkəm verə bilir.

Arif Hüseynov təşkil edilən görüş üçün minnətdarlığını bildirib və şagirdləri maraqlandıran sualları cavablandırıb. 

Sonda Xalq rəssamının imzalı kitabı şagirdlərə təqdim edilib.