Azedu.az

Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı fəaliyyətə başlayır

Maraqlı

Təhsil Nazirliyi

13 Yanvar 2020, 12:55
Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı fəaliyyətə başlayır

Yanvarın 13-dən Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı (@edugovaz) istifadəyə verilir.

AzEdu.az xəbər verir ki, kanalda Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi yeniliklər, elan və müsabiqələr, layihə və kampaniyalar barədə məlumatlar paylaşılacaq. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcək.

“Telegram” tətbiqini smart cihazlara yükləməklə @edugovaz kanalına abunə olmaq mümkündür.

Qeyd edək ki, Təhsil Nazirliyinin “Facebook”, “Twitter”, “İnstagram” və “Youtube” sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox