Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-01 10:23:00
Rumıniyada pulsuz oxumaq istəyənlər üçün əla şans – Müraciət qaydaları, şərtlər, üstünlüklər

 Rumıniya Xarici İşlər Nazirliyi 2020-2021-ci tədris ili üzrə ali təhsilin bakalavriat, magistratura, doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edir.

AzEdu.az xəbər verir ki, tədris rumın dilindədir.

Təqaüd təhsil haqqı, yataqxana xərcləri və aylıq maliyyə dəstəyi (bakalavriat - 65avro, magistratura təhsil səviyyəsi üçün 75 avro, doktorantura 85 avro) qarşılayır.

Qidalanma və nəqliyyat xərclərinin şəxsi vəsaitlə qarşılanması nəzərdə tutulub.

Tələb olunan sənədlərin siyahısı

  1. Müşayiət məktubu, Rumıniya tərəfindən verilmiş
  2. Əlavə 1(ərizəçi tərəfindən ingilis dilində doldurulmuş)
  3. Əlavə 2 (ərizəçi tərəfindən ingilis dilində doldurulmuş)
  4. Təhsil diplomalarının notariusla təsdiq edilmiş nüsxələri və notariusla təsdiq edilmiş tərcüməsi
  1. Təhsil sənədlərində göstərilən rəsmi qiymət cədvəllərinin notariusla təsdiq edilmiş nüsxələri və notariusla təsdiq edilmiş tərcüməsi
  1. Doğum haqqında şəhadətnamənin notariusla təsdiq edilmiş nüsxəsi və notariusla təsdiq edilmiş tərcüməsi
  1. Pasportun ilk üç səhifəsi (Xerox surəti)
  2. Tibbi şəhadətnamə (ingilis dilində və ya ingilis dilində tərcüməsi əlavədə təqdim edilməklə)
  1. Curriculum Vitae (CV ingiliscə)
  2. İki (2) sonuncu fotoşəkil – pasport ölçüsündə

 Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları yuxarıdakı göstərilən müvafiq ərizə formaları ilə birgə tələb olunan sənədləri 7 fevral 2020-ci il tarixinədək Rumıniyanın Azərbaycandakı Səfirliyinə təqdim etməlidir.

Qeyd edək ki, təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla aşağıda göstərilən link vasitəsi ilə tanış ola bilərsiniz.

https://edu.gov.az/upload/file/ELAN/2019/12/teqaud-proqrami-ruminiya.pdf

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları