Azedu.az

AMEA-nın Botanika İnstitutunun gənc mütəxəssisləri Rusiyada təcrübə keçiblər

Maraqlı

Elmi institut və təşkilatlar

25 Dekabr 2019, 11:11
AMEA-nın Botanika İnstitutunun gənc mütəxəssisləri Rusiyada təcrübə keçiblər

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun dissertantı Xatirə Qasımova və doktorant Şəbnəm İsayeva Rusiya Elmlər Akademiyasının V.L.Komarov adına Botanika İnstitutunda elmi ezamiyyətdə olublar.

AMEA-dan AzEdu.az-a bildirilib ki, gənc tədqiqatçılar Bitkilərin anatomiya və morfologiyası laboratoriyasında yem əhəmiyyətli bitki toxumlarının vegetativ orqanlarının anatomik quruluşunu öyrənib, Palinologiya laboratoriyasında isə Azərbaycanın palçıq vulkanı ərazilərindən toplanılmış bitkilərin tozcuqlarında palinoloji tədqiqatlar aparıblar.

Həmçinin X.Qasımova “İqlim dəyişikliyi və abiotik stress: müxtəlif yem bitkilərində kök-gövdə əlaqələri (Kür-Araz ovalığı, Azərbaycan)” və Ş.İsayeva “Palçıq vulkanlarının florası, bitkiliyi və palinologiyası (Azərbaycan)” mövzularında təqdimat ediblər.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox