https://www.zirve.edu.az/
16.12.2019 14:22
 Bu rayondakı məzunların attestat qiymətləri  əla olsa da, 200 bal toplaya bilməyib - Statistik təhlil
Çap et

2018-ci ildə Azərbaycanın ayrı-ayrı bölgələrini təmsil edən məzunların imtahan nəticələrinin elmi-statistik təhlili açıqlanıb.

Bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

AzEdu.az adıçəkilən jurnala istinadən bölgələr üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrini silsilə şəkildə oxuculara təqdim edəcək.

Budəfəki  yazıda Tərtər rayonu üzrə məzunların ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələrin statistik təhlilini diqqətə çatdırırıq.

2018-ci ildə rayonun ümumtəhsil müəssisələrini 607 şagird bitirib, onların 586 nəfəri buraxılış imtahanında iştirak edib və 315 nəfəri hər üç fənn üzrə müvəffəq qiymət alıb.

Rayon məzunlarının buraxılış imtahanında tədris dili fənni üzrə topladıqları orta bal 15.51, riyaziyyatdan 14.17, xarici dil (kimya) fənnindən 11.80, hər üç fənn üzrə birlikdə 41.47-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən müvafiq olaraq 10.81%, 15.96%, 19.99%, 15.34% aşağıdır. Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 20.48%-i “2”, 38.05%-i “3”, 24.91%-i “4”, 16.55%-i “5”, riyaziyyat fənni üzrə 28.33%-i “2”, 31.40%-i “3”, 27.99%-i “4”, 12.29%-i “5”, xarici dil (kimya) fənni üzrə isə 33.28%-i “2”, 38.05%-i “3”, 17.75%-i “4”, 10.92%-i “5” qiyməti alıb. Ümumilikdə, 589 nəfər attestat alıb. Attestat alanların 60.78%-i (358 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 41.94%-i (247 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib. Ümumilikdə, attestat alanların 67.23%-i (396 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib.

 Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 184 məzunu (imtahanlarda iştirak edənlərin 46.46%-i) tələbə adını qazanıb. Onların 30.98%-i (57 nəfəri) dövlət ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 60.87%-i (112 nəfəri) dövlət, 8.15%-i (15 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub. Rayon abituriyentlərinin I-IV qruplarda bütün imtahan fənləri üzrə göstəriciləri respublikanın orta göstəricilərindən aşağıdır.

Rayon məzunlarının 28 nəfəri 500-dən, o cümlədən 10 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub. Rayon abituriyentlərinin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 233.259-a bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 14.8% aşağıdır.

 Beləliklə, rayon abituriyentlərinin yalnız 32.12%-i 300-dən yuxarı bal toplayıb. Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 4.55%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 31.82%-dir. Qəbul imtahanlarında 34 məktəbin məzunları iştirak edib. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun 2 saylı şəhər məktəb-liseyi daxil olub.

Ayşə Müseyib