https://www.zirve.edu.az/
14.12.2019 17:09
Elmi işçi Cənubi Koreyada elmi ezamiyyətdə  

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Aynurə Paşayeva Cənubi Koreyanın Pusan Milli Universitetinin Molekulyar Biologiya departamentində 6 ay müddətində elmi-praktiki ezamiyyətdə olub.

 Səfər çərçivəsində o,  adıçəkilən departamentin Bitki Molekulyar Biologiyası laboratoriyasının müdiri, professor Choon Hwan Lee və həmin laboratoriyanın tədqiqatçı professor  İ.Zülfüqarovun rəhbərliyi altında dənli bitkilərdə yüksək işıq intensivliyi təsirindən proteom və metabolom səviyyələrində baş verən dəyişikliklərin öyrənilməsi istiqamətində tədqiqatlar aparıb.

 Laboratoriyanın digər tədqiqat işlərində yaxından iştirak edən A.Paşayeva  tələbə və müəllim heyəti ilə elmi müzakirələrə də qatılıb. Elmi işçi elmi ezamiyyətin sonunda sertifikata layiq görülüb.

 Qeyd edək ki, hazırda molekulyar-genetik, biotexnoloji, proteomiks və metabolomiks kimi yanaşmaların tətbiq olunması dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə bitkilərin duza, quraqlığa, yüksək işıq intensivliyi və digər bu kimi abiotik stres faktorlarına davamlılığının artırılması baxımından çox əhəmiyyətlidir.  Bu cəhətdən də böyük maraq doğurur.