https://www.zirve.edu.az/
12.12.2019 16:40
Müəllim maaşından yalnız bu qədər vergi tutulmalıdır – Dəqiq hesablama

AzEdu.az müəllim və direktorları maraqlandıran məqamlar barədə yazılar yayımlamaqda davam edir. Bu kimi sualların cavabını bilmək gələcəkdə direktorların işə qəbul müsabiqəsində iştirak etmək istəyənlər üçün də vacibdir.

Hazırda müəllimləri əməkhaqlarından nə qədər vergi tutulması  maraqlandırır.

AzEdu.az məlumat verir ki, müəllimlərin əməkhaqqından aşağıdakı vergilər tutulur:

Gəlir vergisi – 14%;

Sosial sığorta – 3%

Həmkarlar ittifaqı – 2%;

İşsizlikdən sığorta – 0,5%

Ümumilikdə hesablanan maaşdan 19,5 % vergi çıxılır.

Məsələn, müəllim 331 manat əməkhaqqı alırsa, vergi çıxıldıqdan sonra əməkhaqqı 331 – 65 =266 manat olur.

Müəllimlər üçün nəzərdə tutulan H1, H2 kimi həvəsləndiricilər, eləcə də digər əlavələr isə əmək haqqına əlavə edilir.

H1 gənc müəllimlərə o halda verilir ki, müəllim şəhərdən 20 km-dən az uzaqlıqda yerləşən məktəbdə dərs deyir. H2 isə, məktəb mərkəzdən 20 km məsafədən daha uzaq olduğu halda verilir. H1 üçün maaşa 60 manat, H2 üçün isə əlavə 160 manat nəzərdə tutulub.

Qeyd edək ki, H1-dən vergi tutulmur. H2 üçün isə vergi nəzərdə tutulub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları