Azedu.az

Çexiyada da məktəblərdə mobil telefon qadağan ediləcək

Maraqlı

19 İyul 2026, 10:06
Çexiyada da məktəblərdə mobil telefon qadağan ediləcək

Çexiya məktəblərində mobil telefonların istifadəsini qadağan edəcək qanun layihəsi hazırlanır.

AzEdu.az Çexiya mətbuatına istinadən xəbər verir ki, Baş nazir Andrey Babiş və Təhsil naziri Robert Plaqa tərəfindən hazırlanan qanun layihəsi bağçalarda, ibtidai məktəblərdə, orta məktəblərdə və çoxillik liseylərdə mobil telefonların və digər elektron rabitə cihazlarının istifadəsini qadağan edəcək.

Qaydanın fasilələri və dərsdənkənar proqramları da əhatə edəcəyi bildirilir.

Uşaq Hüquqları üzrə Ombudsman Martin Benes təklifə qarşı çıxıb və məktəblərin telefon istifadəsini öz daxili qaydaları çərçivəsində tənzimləmək səlahiyyətinə malik olduğunu iddia edib.

Ceyhun Bayramov Lavrovu MAT QOYDU - Ukrayna müharibəsini pislədi
Son xəbərlərDaha çox