Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-06 16:15:00
Azərbaycanda ən az xanım tələbə bu ixtisaslar üzrə təhsil alır

Mədəniyyət və incəsənət yönümlü ixtisaslar üzrə təhsil alan qadınların sayı azlıq təşkil edir.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət  Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində qeyd olunub.

Məcmuədəki göstəricilərə əsasən, Azərbaycan ali təhsil müəssisələrində ən çox qadın tələbə təhsil ixtisasları qrupundadır. Ötən tədris ilində bu ixtisaslarda 33880 qadın təhsil alıb.

Say çoxluğuna görə ikinci yerdə iqtisadiyyat və idarəetmə ixtisasları gəlir. Burada 12333 qadın təhsil alır. Humanitar və sosial ixtisaslar qrupunda da qadınların sayı üstünlük təşkil edir. Ötən tədris ilində bu ixtisaslar üzrə 12 027 qadın təhsil alıb.

Qadınların sayının ən çox azlıq təşkil etdiyi istiqamət isə təbii olaraq kənd təsərrüfatı ixtisasları qrupu olub. 2018-2019-cu tədris ilində burada 1157 qadın təhsil alıb.

Qadınların sayının azlığına görə növbəti yerdə mədəniyyət və incəsənət yönümlü ixtisaslar gəlir. Ötən il 3629 qadın bu ixtisaslar üzrə oxuyub.

Təbiət ixtisasları qrupu da qadın tələbələrin azlığı ilə yadda qalıb. Burada 4839 qadın təhsil alıb.

Texnoloji yönümlü ixtisaslar qrupunda təhsilalanların isə 9 mindən çoxu qdaınlar olub.

Qeyd edək ki, statistik göstəricilər həm dövlət, həm də özəl ali təhsil müəssisələrini əhatə edir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları