Azedu.az

Eltun Məmmədov: AMEA Yüksək Texnologiyalar Parkının strategiyası dəyişdiriləcək

Elmi institut və təşkilatlar

28 Noyabr 2019, 17:20
Eltun Məmmədov: AMEA Yüksək Texnologiyalar Parkının strategiyası dəyişdiriləcək

AMEA Yüksək Texnologiyalar Parkına yeni direktor təyin edilib

AMEA Rəyasət Heyətinin qərarı ilə texnika elmləri doktoru Elton Məmmədov AMEA Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsinə təyin olunub.

AzEdu.az xəbər verir ki, Professor Elton Məmmədov TED.az-a açıqlamasında bildirib ki, rəhbərlik edəcəyi qurumun strategiyasında dəyişiklik qaçılmazdır: “Kanseptual olan, yüksək texnologiyalardan və innovasiyalardan söhbət gedən sahədə yeniliklər qaçılmazdır. Yüksək Texnologiyalar Parkının nəinki strategiyasında, ümumi yanaşmada da dəyişikliklər olacaq”.

“İstər yerli, istərsə də, xarici şirkətlərlə olsun əməkdaşlığa qapımız açıqdır. Ölkə başçısının siyasətinə uyğun olaraq hüquqi və fiziki şəxslər tərəfindən edilən istənilən təklifi qiymətləndirməyə hazırıq”, – deyə, Elton Məmmədov əlavə edib.

Qeyd edək ki, E.Məmmədov bundan əvvəl Azərbaycan Texniki Universitetində strateji inkişaf üzrə prorektor vəzifəsində çalışırdı.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox