Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-22 16:15:00
“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şabran rayonu Pirəmsən kənd tam orta məktəbində pedaqoji fəaliyyətlə məşğul olan Ağaəli Hümbətova həsr olunub.

AzEdu.az xəbər verir ki, Ağaəli Hümbətov sözügedən məktəbdə riyaziyyat fənnini tədris edir. O, 2019-cu ildə keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğurla iştirak edərək 50 bal toplayıb.

Müəllimi cəmiyyətin sütunu hesab edən və buna görə də bu peşəni seçən Ağaəli Hümbətov riyaziyyat fənninin incəliklərini şagirdlərinə sevə-sevə öyrədir. Ağaəli müəllim deyir ki, bu peşənin sahibi olanlar hər bir şagirdin fikrinə hörmətlə yanaşaraq tolerantlıq nümayiş etdirməlidir.

“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.