Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-20 09:12:00
Amerikalı astronavt açıq kosmosda ayaqqabısını islatdı

Amerikalı astronavt Endryu Morqanın açıq kosmosda işlədiyi zaman sağ ayaqqabısında su yığılıb.

AzEdu.az-ın  məlumatına görə, “RİA Novosti” xəbər verir ki, NASA hadisənin səbəblərini araşdırır.

Noyabrın 15-də E.Morqan və italiyalı astronavt L.Parmitano Beynəlxalq kosmik stansiyasından (BKS) açıq kosmosa çıxış həyata keçiriblər.

Təxminən 6,5 saat davam edən bu çıxış zamanı kosmonavtlar BKS-ın müəyyən cihazlarının təmiri ilə məşğul olublar.