Azedu.az

Azərbaycan alimləri Tokioda beynəlxalq seminarda iştirak ediblər

Elmi institut və təşkilatlar

17 Noyabr 2019, 15:15
Azərbaycan alimləri Tokioda beynəlxalq seminarda iştirak ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, Fizika İnstitutunun direktoru akademik Nazim Məmmədov və İnstitutun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən “IWTMC-2019” beynəlxalq seminarında iştirak ediblər.

AMEA-nın Fizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən AzEdu.az-a bildiriblər ki, fizika elmi sahəsində mühüm və yüksək səviyyəli tədbir olan, dünyanın aparıcı elm xadimlərinin qatıldıqları seminarda akademik Nazim Məmmədov “Plasmons and interband optical transitions in narrow gap semiconductors with fermi level outside band-gap” mövzusunda məruzə, Ayaz Bayramov isə poster təqdimatla çıxış ediblər.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox