Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Harmonik analizin müasir problemləri və tətbiqləri” mövzusunda elmi seminar olub.
İnstitutdan AzEdu.az-a bildirilib ki, seminarda bu elmi müəssisənin riyazi analiz şöbəsinin baş elmi işçisi, AMEA-nın professoru Rövşən Bəndəliyevin “Dəyişən dərəcəli Morri fəzalarının struktur xassələri“ mövzusunda məruzəsi dinlənilib.
Məruzə dəyişən dərəcəli Morri fəzalarının müxtəlif xassələrinə və həmin fəzalar haqqında daxilolma teoremlərinə həsr edilib.