Azedu.az

Sankt-Peterburqda beynəlxalq elmi konfrans

Elmi institut və təşkilatlar

12 Noyabr 2019, 12:17
Sankt-Peterburqda beynəlxalq elmi konfrans

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli  Rusiya Elmlər Akademiyasının (REA) Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru  Nadejda Aşeulovanın dəvəti ilə Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olub. 

AzEdu.az xəbər verir ki, Sankt-Peterburqda “Elmi Peterburq Rusiya Elmlər Akademiyasının 295 illiyinə doğru” 40-cı beynəlxalq elmi konfransda iştirak edən institut direktoru «Sankt-Peterburq aliminin Azərbaycan səhiyyəsinin inkişafında rolu» adlı məruzəsini təqdim edib. 

Beş gün davam edən konfransa Rusiya Federasiyasının müxtəlif bölgələrindən, MDB-dən və dünyanın digər ölkələrindən qatılan alimlər müxtəlif elmlərin tarixinə dair məruzələr səsləndiriblər.

Səfər çərçivəsində M.Seyidbəyli rusiyalı alimlər –  Nadejda Aşeulova, Yuri Baturin, o cümlədən Ukrayna və Belarusdan olan elm xadimləri ilə görüşüb. Görüşlərdə qarşılıqlı maraq kəsb edən ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə edilib. M.Seyidbəyli AMEA və REA-nın elmi-tədqiqat müəssisələrinin birgə həyata keçirdiyi layihələr, imzalanmış ikitərəfli müqavilələr barədə məlumat verib.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox