Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-11 13:40:00
Növbəti Diaqnostik Qiymətləndirmələrdə əsaslı yeniliklər – Şərh

“Dekabrın sonunda Təhsil Nazirliyi tərəfindən yenidən orta məktəblərdə çalışanların Diaqnostik Qiymətləndirilməsi keçiriləcək”

AzEdu.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

“Diaqnostik Qiymətləndirmədə orta məktəb psixoloqları, indiyə qədər DQ-dan keçməyən direktor və direktor müavinlərinin iştirakı nəzərdə tutulur. Həmçinin, diaqnostik qiymətləndirmədə indiyə qədər diplom probleminə görə DQ-ya cəlb olunmayan müəllimlərin iştirakı da nəzərdə tutulur”.

 Kamran Əsədov düşünür ki, bütün diplom probleminə görə DQ-da iştirak etməyənləri dekabrda gözlənilən DQ-ya buraxmaq olmaz:

“Düşünürəm ki,  diplomundakı problemlə əlaqədar DQ - ya buraxılmayanların indi cəlb edilməsi ədalətidir. Çünki, onlar orta məktəblərdə çalışırlar.  Bəlkə də bilik və bacarıqları digərlərindən yüksəkdir. Həmçinin, bütün diplom probleminə görə DQ-ya buraxılmayanları dekabrda gözlənilən DQ - ya buraxmaq olmaz. Yalnız pedaqoji stajı 5 ildən çox olanları buraxmaq olar və onlara minimum bal tələbini tətbiq etmək lazımdır. Yəni azı 70 faizdən çox nəticə göstərənləri DQ-dan keçmiş hesab etmək olar. Bütün hallarda isə, xüsusilə psixoloqlar üçün təşkil ediləcək DQ-nın proqramı və ədəbiyyat siyahısı ən geci noyabrın sonuna qədər təqdim olunmalıdır”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları