Azedu.az

BDU-nun tələbələri "Üç rəngin kölgəsində!" adlı fləşmob keçiriblər

Universitetlər

9 Noyabr 2019, 15:40
BDU-nun tələbələri

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) "Üç rəngin kölgəsində!" adlı fləşmob həyata keçirib.

AzEdu.az xəbər verir ki, qurum 23 mindən çox universitet tələbəsinin diqqətini 9 noyabr -Dövlət Bayrağı Gününə çəkmək və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək vermək məqsədilə belə bir addım atıb.

BDU THİK-in sədri Nihad Allahyarlı üç mindən çox tələbənin bu prosesə cəlb edildiyini, simvolik olaraq "Üç rəngin könüllüsü" adlı könüllü heyətinin formalaşdırıldığını deyib. 

Fləşmob çərçivəsində universitetin 2000-dən çox pəncərəsindən dövlət bayrağı asılıb və proses davam etməkdədir. Həmçinin rəsm klubunun fəalları 500-dən çox gəncin üzünə Azərbaycan bayrağı çəkərək fləşmoba dəstək veriblər. 

Fləşmob bayraq yürüşü ilə yekunlaşıb.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox