Azedu.az

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları beynəlxalq təlimlərdə iştirak ediblər

Elmi institut və təşkilatlar

3 Noyabr 2019, 09:31
İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları beynəlxalq təlimlərdə iştirak ediblər

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları “Juniper Networks” şirkətinin təlimlərində iştirak ediblər.

İnstitutdan AzEdu.az-a verilən məlumata görə, təlimlər Avropanın Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) layihəsi çərçivəsində keçirilib.

Qeyd edək ki, “Juniper Networks” məhsulları korporativ və operator şəbəkələrinin, eyni zamanda, məlumat mərkəzi şəbəkə infrastrukturlarının qurulmasında geniş istifadə olunur. Bu şirkətin təlimlərində iştirak edən və sertifikat qazanan mütəxəssislər “Juniper” avadanlığını korporativ və daşıyıcı şəbəkələrdə istismar etməkdə real təcrübəyə malikdirlər.

Təlimləri uğurla başa vuran “AzScienceNet” əməkdaşları sertifikatlar əldə ediblər.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox